Təyyarədə kobra: Oturacağın altında ilan görən pilot təcili eniş etdibackend

Təyyarədə kobra: Oturacağın altında ilan görən pilot təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keyptaundan 4 sərnişinlə Nelspruite uçan Rudolf Erasmus səyahəti zamanı oturacağı altında sarı kobra ilanını görərək təcili eniş etməli olub.

NOCOMMENT.az xəbər verir ki, təlaşa düşmədən sərnişinlərə təyyarədə ilan olduğunu söyləyən Erasmus təyyarəni eniş zolağına endirməyi bacarıb.

Təyyarədən enərkən ilanın hələ də oturacağının altında olduğunu qeyd edən Erasmus, ilan təlimçiləri gəldiyi zaman heyvanın yoxa çıxdığını, daha sonra axtarışlara son qoyulduğunu bildirib.

Qeyd edək ki, Kobra ilanlarının zəhəri insanı dəqiqələr ərzində öldürə bilir.

NOCOMMENT.AZ