Təyyarələrə nə olur: Son 24 saatda dünyada üç təyyarə qəzası baş verdibackend

Təyyarələrə nə olur: Son 24 saatda dünyada üç təyyarə qəzası baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində dünya təyyarə qəzalarının ard-arda baş verməsi ilə sarsılıb. Kanada, Norveç və Cənubi Koreyada üç müxtəlif təyyarə qəzası qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki,  bu hadisələrdən ən faciəvisi Cənubi Koreyada baş verib, burada 179 nəfər həyatını itirib.

Cənubi Koreya: 179 nəfər həyatını itirdi

Cənubi Koreyanın “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” tipli təyyarə Taylandın Bangkok şəhərindən Cənubi Koreyanın Muan şəhərinə uçarkən qəza edib. Təyyarə Muan Beynəlxalq Hava Limanına eniş zamanı idarəetməni itirərək pisti tərk edib və hava limanı divarına çırpılaraq partlayıb. Təyyarədə olan 175 sərnişin və 6 ekipaj üzvündən heç kim sağ qalmayıb.

İlk ehtimallara görə, qəzanın səbəbi təyyarənin gövdəsinin üzərində eniş etməsi ilə əlaqədardır. Pilotlar enişdən əvvəl hava limanı idarəetmə qülləsi tərəfindən bölgədəki quş sürüsü barədə xəbərdar edilsələr də, təyyarə nəzarəti itirərək qəzaya uğrayıb.

Ne oluyor bu uçaklara: Güney Kore’de uçak faciası

Kanada: Uçuşda sol qanad alovlandı

Kanadanın St. John’s şəhərindən Halifaxa uçan sərnişin təyyarəsi Halifax Hava Limanına eniş zamanı sol qanadının yerə sürtünməsi səbəbindən alovlanıb. Hadisə nəticəsində təyyarədə olan sərnişinlərdən bir neçəsi yüngül yaralanıb, lakin insan tələfatı baş verməyib. Uçuş zamanı eniş qurğularının tam açılmaması səbəb olaraq göstərilib.

Ne oluyor bu uçaklara: Güney Kore’de uçak faciası

Norveç: KLM təyyarəsi pistdən çıxdı

Norveçin Oslo şəhərindən Amsterdam istiqamətində havalanan KLM aviaşirkətinə məxsus sərnişin təyyarəsi hidravlik sistemdə yaranan problem səbəbilə Sandefjord hava limanına təcili eniş edib. Təyyarə pistdən çıxaraq çəmənliyə sürüşüb. Hadisə zamanı uçuşda olan 176 sərnişin və 6 ekipaj üzvü sağ-salamat xilas olub. Norveç mətbuatı hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini vurğulayıb.

Ne oluyor bu uçaklara: Güney Kore’de uçak faciası

Təyyarə qəzalarının artması: 2024-cü ilin son günləri

Bu qəzalar Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin keçən həftə Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra baş verib. Bu hadisə 2024-cü ilin son günlərində baş verən təyyarə qəzalarının çoxalması ilə yadda qalır.

Axtarış və araşdırmalar davam edir

Qəzalarla bağlı hər üç ölkədə istintaq və araşdırmalar davam edir. Beynəlxalq aviasiya təhlükəsizliyi təşkilatları qəzaların başvermə səbəblərini öyrənmək və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər planı hazırlayır.\\Musavat.com