Təyyarənin pilotları eyni vaxtda yuxuya getdi – 153 sərnişin…backend

Təyyarənin pilotları eyni vaxtda yuxuya getdi – 153 sərnişin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Batik Air Malaysia” şirkətinə məxsus təyyarənin kapitanı ilə ikinci pilotu uçuş zamanı təxminən 28 dəqiqə eyni vaxtda yuxuya gedib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi tərəfindən hazırlanan hesabatda deyilir.

Bildirilib ki, yanvarın 25-də Sulavesi adasından paytaxt Cakartaya uçan “Airbus A320” təyyarəsinin kapitanı və köməkçi pilotu 2 saat 35 dəqiqəlik uçuşun təxminən 28 dəqiqəsini eyni vaxtda yuxuya gedib.

Xəbərdə pilotlardan birinin əkiz körpələrinə qulluq etdiyi üçün uçuşdan bir gecə əvvəl kifayət qədər dincəlmədiyi və bu hadisənin bir sıra naviqasiya xətalarına səbəb olduğu bildirilir.

Bununla belə, 153 sərnişin və dörd stüardessa uçuşu təhlükəsiz şəkildə başa vurub.

Məlumata görə, hadisə havaya qalxdıqdan təxminən yarım saat sonra kapitanın ikinci pilotdan istirahət etmək üçün qısa fasilə istəməsi zamanı baş verib.

Təyyarə ilə qüllə arasında qeydə alınan son mesajdan 28 dəqiqə sonra ayılan kapitan ikinci pilotun yatdığını və təyyarənin düzgün marşrutda olmadığını görüb. Kapitan dərhal köməkçisini oyadıb, Cakartadan gələn zənglərə cavab verib və təyyarənin marşrutunu düzəldib. Daha sonra təyyarə təhlükəsiz şəkildə hava limanına enib.

Musavat.com