Tezliklə paytaxta 170 yeni sərnişin avtobusu gətiriləcəkbackend

Tezliklə paytaxta 170 yeni sərnişin avtobusu gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib. Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyənin “BMC” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT.az-a bildirilib ki, müasir sərnişindaşıma tələblərinə tam cavab verən və “Avro 6” standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.