Tezliklə Qarabağda antiterror əməliyyatları başlaya bilər?backend

Tezliklə Qarabağda antiterror əməliyyatları başlaya bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun Basarkeçər rayonunun Zod kəndi istiqamətində törətdiyi təxribatdan sonra genişmiqyaslı döyüşlərin başlama ehtimalı müzakirə edilir. Proseslər fonunda Qarabağda antiterror əməliyyatlarının keçirilməsi, separatçıların ərazidən birdəfəlik təmizlənməsi məsələsini yenidən gündəmə gətirir.

Bəs yaxın zamanda genişmiqyaslı döyüşlərin başlaması mümkündürmü? Antiterror əməliyyatları keçirilə bilərmi? Sülhə məcburetmə prosesinə start vermək realdırmı?

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, mövzunu şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bölgədə lokal əməliyyatların keçirilmə ehtimalından danışıb:

“Yaxın zamanlarda genişmiqyaslı döyüşlərin keçirilməsi mümkün deyil. Çünki bu, konkret geridönüşü olmayan situasiyalarda olar bilər. Məsələn, Azərbaycan sərhədində Ermənistan ordusu əməliyyat keçirərsə, ölkə ərazisində kütləvi qırğın silahı kimi böyük təhlükə olduğu görülərsə, ancaq o zaman ciddi əməliyyatlar keçirilə bilər. Hazırda lokal toqquşmaların ortaya çıxması məsələsi vacibdir.

Antiterror əməliyyatları ilə bağlı suala cavab verərkən iki məqama diqqət etməliyik. Dövlət sərhədində baş verən toqquşmalarla Azərbaycanın yurisdiksiyası daxilində baş verən toqquşmalar bir-birindən fərqlidir. Azərbaycanın yurisdikasiyasındakı torpaqlarda, yəni Qarabağ bölgəsində Ermənistan tərəf kimi çıxış edə bilmir. Laçın dəhlizi kimi məsələlərdə sabitliyin əldə olunmasına cavabdeh tərəf kimi Rusiya ortaya çıxır, Ermənistan deyil”.

Ə.Əlibəyli Zod istiqamətində baş verən toqquşmanın səbəblərindən söz açıb:

“Zod istiqamətində baş verən təxribatın Rusiya tərəfindən həyata keçirilmə ehtimalı yüksəkdir. Kremlin Azərbaycan-Ermənistan arasında münaqişə yarada biləcəyi Laçın yolu, Dığ kəndi və Zod kimi bir neçə ərazi vahidi var. Son 30 ildə Rusiya Zod ərazisindən qızıl çıxarırdı. Orada sərvətlərin ciddi istismarı aparılıb. Lakin bu ərazidə sovet dönəmindən qalmış mübahisəli nöqtələr var. Yaşanan qarşıdurmaların başlıca səbəbi delimitasiya və demarkasiya prosesi ilə bağlıdır. Sözügedən ərazinin 70 faizi Azərbaycanın, 30 faizi isə Ermənistanın nəzarətindədir. Rusiya ərazidən qızıl çıxarır, tərəflərin məhz bu ərazidə mübahisə etməsinin səbəbi də odur. Bu proses Moskva görüşlərinə qədər davam edəcək”.