Tezliklə qatarlar birbaşa Sevastopola keçəcək – Putinbackend

Tezliklə qatarlar birbaşa Sevastopola keçəcək – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni dəmir yolu Rusiya şəhərlərini Sevastopol ilə birləşdirəcək”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Krımın ilhaq olunmasının 10-cu ili münasibətilə Qızıl Meydanda təşkil olunan konsertdə izdiham qarşısında çıxış edərkən bu sözləri deyib:

“Mənə yenicə məlumat verdilər ki, Rostovdan Donetskə, Mariupol və Berdyanska dəmir yolu bərpa olunub. Biz bu işi davam etdirəcəyik. Tezliklə qatarlar birbaşa Sevastopola keçəcək. Bu da Krım körpüsünə başqa alternativ yol olacaq. Biz belə irəliləyəcəyik – birlikdə, əl-ələ verərək. Və bizi sözdə deyil, əməldə daha güclü edən məhz budur. Bütün bunlar isə sizin, Rusiya vətəndaşlarının sayəsində baş verir”.

O, bildirib ki, tezliklə qatarlar birbaşa Sevastopola qədər gedəcək və bu, Krım körpüsünə başqa alternativ yol olacaq.