Təzyiqlərə baxmayaraq, İsrail dayanmayacaq – Baş nazirbackend

Təzyiqlərə baxmayaraq İsrail dayanmayacaq – Baş nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, Qəzza zolağının cənubu da daxil olmaqla, HƏMAS-a qarşı hərbi əməliyyatını davam etdirəcək”.

NOCOMMENT.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu belə deyib.

O, bildirib ki, beynəlxalq təzyiq var və artır. Lakin beynəlxalq təzyiq artdıqda biz birləşməli, müharibəni dayandırmaq cəhdlərinə qarşı durmalıyıq. O, HƏMAS qruplaşmasının tam məhvinə nail olacağına söz verib.

Qeyd edək ki, Qəzza zolağında son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri külli miqdarda silah və sursat aşkar edib. Həmçinin anklavın cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsində HƏMAS-ın bir neçə komanda məntəqəsini məhv edib. Qəzza zolağının mərkəzi hissəsində İsrail hərbçiləri HƏMAS-ın bir qrup silahlısını zərərsizləşdirib.