The Telegraph: Bakı – unudulmaz istirahət üçün yeni istiqamətbackend

The Telegraph: Bakı – unudulmaz istirahət üçün yeni istiqamət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı mədəni irs, müasir memarlıq və münasib qiymətləri özündə birləşdirən unikal istirahət məkanı kimi diqqət çəkir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

Qəzet Bakının çoxşaxəli cəlbediciliyi sayəsində avropalı turistlər arasında getdikcə daha populyarlaşdığını qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, bu şəhər səyahətçilərin axtardığı hər şeyi təklif edir: zəngin tarix, təsirli memarlıq, mehriban atmosfer və unikal mətbəx. Bakıda rahat kafe mühitindən, müasir barlardan və qədəhi cəmi 2,30 funt sterlinq olan əla şərabdan həzz almaq olar.

Nəşr vurğulayıb ki, UNESCO-nun İrs Siyahısına daxil edilmiş Bakının İçərişəhəri öz karvansaraları, Şirvanşahlar Sarayı və əfsanəvi Qız qalası ilə səyahətçiləri valeh edir. Britaniya qəzeti onu Xəzər dənizinin sahilində “memarlıq incisi” kimi təsvir edir.

Dünyanın, “The Telegraph”a görə, ən qədim şərabçılıq mədəniyyətlərindən biri olan Azərbaycan şərabçılığına xüsusi diqqət yetirilir. Sovet dönəmindəki çətin zamanlara baxmayaraq, ölkədə şərabçılıq fəal şəkildə dirçəlir. Turistlər Qafqaz dağlarının ətəyindəki şərab zavodlarına baş çəkə və yerli üzüm sortlarını dada bilərlər.

“Qonşu İrandan fərqli olaraq, Azərbaycan daha liberal mədəniyyətə malikdir. Hamı Qərb (lakin mötədil) geyimindədir və ingilis dili geniş yayılıb. Bəlkə də daha təəccüblüsü, Bakının əla bar və restoranları olan canlı gecə həyatının olmasıdır. <…> Qonşu Gürcüstan və Ermənistandakı kimi, Azərbaycanın da islamın gəlişindən əvvələ gedib çıxan və dərin köklərə malik şərabçılıq tarixi var”, – məqalədə yazılıb.

“The Telegraph” həmçinin Bakının artan əlçatanlığına diqqət çəkir: Azərbaycan Hava Yollarının uçuşlarının tezliyinin artması sayəsində Bakıya getmək daha da asanlaşıb.

Qəzetin vurğuladığı kimi, Bakıya səyahət Azərbaycanın mədəni və təbii zənginliyindən zövq alaraq Şərq və Qərbin unikal birləşməsini kəşf etmək imkanıdır.