Ukrayna lideri Vladimir Zelenski Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) ilə bağlı vəziyyət fonunda öz səlahiyyətlərindən imtina etməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph qəzeti yazıb.
«O, Ukraynanın xeyrinə səlahiyyətlərindən imtina etməlidir», – deyə nəşrin məqaləsində qeyd olunub.
Qəzet vurğulayır ki, mövcud vəziyyət Zelenskinin «korrupsiyaya bulaşmış sələfləri ilə eyni ola biləcəyini» göstərir.