“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti varbackend

“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün “qızıl fürsətə” malikdir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

“Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-nin maraqlarına xidmət edəcək”, – jurnal qeyd edib.

“Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır”, – yazıda vurğulanıb.