THY təyyarəsi İstanbula təcili eniş etdibackend

THY təyyarəsi İstanbula təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi saat 09:00-da İstanbul Hava Limanından havaya qalxdıqdan az sonra Türkiyədən deportasiya edilən tunisli sərnişin kabin heyətinə hücum edib.

NOCOMMENT-in məlumatına görə, sərnişinin atdığı yumruqdan bir işçinin üzü qanadıqdan sonra təyyarənin pilotu İstanbula qayıtmaq qərarına gəlib.

Tunisli sərnişin polis tərəfindən saxlanılarkən, üzündən aldığı zərbə nəticəsində yaralanan işçi xəstəxanaya aparılıb.

Qeydiyyata alınan təyyarə Tunisə reysi yerinə yetirmək üçün gecikmə ilə saat 11.55-də havaya qalxıb.