Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı yenilik!backend

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı yenilik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası hazırlanacaq.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.