Tibb işçilərinin maaşlarına əlavələrlə bağlı yeni qərarbackend

Tibb işçilərinin maaşlarına əlavələrlə bağlı yeni qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin müddət mayın 1-dək uzadılıb.

Qeyd edək ki, daha öncə bu müddət martın 1-dək uzadılmışdı.