Tibb sahəsi üzrə xaricdə təhsillə bağlı ayrıca layihə hazırlanacaqbackend

Tibb sahəsi üzrə xaricdə təhsillə bağlı ayrıca layihə hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibb ixtisaslarının gənclərin xaricdə təhsil proqramına salınmamasının səbəbi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil masası”nda çıxışı zamanı dünyanın bir çox ölkələrində tibb təhsili üzrə magistratura səviyyəsinin olmadığını xatırladıb.

Nazir müşaviri bildirib ki, bu təhsilin xüsusi tədrisi forması var: “Tibb təhsilinin uzunmüddətli olması, eləcə də maliyyənin bahalı olması və s. qoyulan investisiyanın geri qayıtmasında ciddi problemlər yaradır. Hesab edirik ki, yaxın zamanlarda bu məsələ ilə bağlı ayrı layihə ola bilər. Biz bunu daha yaxşı şəkildə həyata keçirə biləcəyik”.