Tibbi Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən xüsusi geyimlərin və yumşaq inventarın satınalınması üçün keçirilən tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğv edilmə səbəbi kimi, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduqda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.
Tenderin ehtimal olunan qiyməti 19.997,58 AZN təşkil edirdi.