“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması ilə bağlı prosedura başlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma çərçivəsində B və C sinif tibbi tullantıların 23.651 km məsafədə daşınması və 450 m² həcmində zərərsizləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, D sinif tibbi tullantıların 1.700 km məsafədə daşınması və 35 kq həcmində zərərsizləşdirilməsi də satınalma predmetinə daxildir.
Satınalma üzrə ehtimal olunan qiymət 81.660,25 AZN olaraq müəyyən edilib.













