“Ticarət köşkləri kralı” Anar Əliyevi güllələyən killer ələ keçdibackend

“Ticarət köşkləri kralı” Anar Əliyevi güllələyən killer ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin fevralında Moskvanın cənubunda 42 yaşlı azərbaycanlı biznesmen, “ticarət köşkləri kralı” kimi tanınan Anar Əliyevi güllələyən killer bu günlərdə yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə “Komsomolskaya Pravda”ya bildiriblər.

Anar Əliyev həmin gün səhər saatlarında yaşadığı evdən çıxıb və həyətdə park edilmiş “Lexsus” avtomobilinə minib. Bu vaxt naməlum şəxs ona yaxınlaşıb və tapançadan bir neçə dəfə biznesmenin başına, sinəsinə atəş açıb. Killer hadisə yerindən qaçıb, Əliyev yaralı halda xəstəxanaya çatdırılıb, həkimlər reanimasiyada onun həyatını xilas etmək üçün bir neçə saat mübarizə aparsalar da biznesmen keçinib.

“Anar Əliyevi Moskvanın cənubunda “ticarət köşkləri kralı” adlandırırdılar, o, müxtəlif rayonlarda onlarla belə kiçik ticarət köşklərinə malik idi. Əlbətdə, dərhal belə versiya yarandı ki, qətl onun biznesinə görə törədilib”,-hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbə əlavə edib ki, həmin vaxt Moskvada dalbadal bir neçə azərbaycanlı biznesmenə qarşı sui-qəsdlər törədilmişdi. “Təxmin edilirdi ki, həmin hücumların arxasında biznesdə uğur qazanan həmyerliləri üzərində nəzarəti saxlamağa çalışan etnik azərbaycanlı qruplaşmalar dayanır”,-o əlavə edib.

Həmin mənbə deyib ki, 2013-cü ildə Moskvanın Biryulevo rayonundakı topdansatış meyvə-tərəvəz bazası azərbaycanlı tərəfindən törədilmiş səs-küylü qətldən sonra bağlananda oradakı azərbaycanlı alverçiləri sıxışdırıb haqq yığan kriminal da özlərinə yeni nöqtələr axtarmağa başladılar. Və Anar Əliyev də həmin vaxtlardan kriminal qrupların cənginə düşdü. Belə biznesmenlərdən bəziləri quldurlara haqq vermək istəmirdilər və onlara qarşı sui-qəsdlər təşkil edilirdi. Növbəti qurban isə Anar Əliyev olub.

Əliyevi güllələyən killer o vaxt ətrafdakı videomüşahidə kameralarına düşüb. 2018-ci ilin qışında biznesmeni güllələyən hündürboy, arıq bədən quruluşlu, “qafqazlı görkəmli” şəxsin görüntüləri yayılıb. Nəhayət killeri bir neçə gün əvvəl yaxalamaq mümkün olub. O, Gürcüstan vətəndaşıdır, hazırda istintaq təcridxanasında saxlanılır. Qətl törətmək və qanunsuz silah gəzdirmək maddələri ilə ittiham olunur.

Xatırladaq ki, killer biznesmenin avtomobilindən içərisində 11 milyon rubl olan çantasını da götürmüşdü.
virtualaz.org