Tiflisdə sırğa taxan əcnəbi kişi bıçaqlandıbackend

Tiflisdə sırğa taxan əcnəbi kişi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tiflisdə xarici ölkə vətəndaşı bıçaqlanıb.

NOCOMMENT.az “Report”un yerli bürosuna istinadla xəbər verir ki, hadisə LGBT əleyhdarlarının etiraz aksiyası zamanı baş verib.

Etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar. Həmin şəxs xəstəxanaya çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1989-cu il təvəllüdlü şəxs saxlanılıb. Gəncin günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs gözləyir.

Yerli mətbuatın yazdığına görə, bıçaqlanan şəxs Polşa vətəndaşıdır.