Tiflisdən Kreml və İrəvana tərs sillə: “Sabah bölgədə durum gərginləşsə…”backend

Tiflisdən Kreml və İrəvana tərs sillə: “Sabah bölgədə durum gərginləşsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan xarici işlər nazirinin Gürcüstana rəsmi səfəri başlayıb. Türkiyə və Rusiyadan sonra üçüncü səfərin qonşu Gürcüstana baş tutması adətən ənənəvi xarakter daşıyır. Tiflisdə Ceyhun Bayramovun gürcü həmkarı, baş nazir, prezident və spiker müavini ilə görüşləri davam edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin sözlərinə görə, görüşlərdə iki ölkə arasında enerji, nəqliyyat, humanitar sahələrdəki əməkdaşlıqla yanaşı, həm də digər aktual mövzu olan – regionda son baş verənlər müzakirə edilib:

“Bu, Azərbaycan tərəfinin bir daha Ermənistanın son təxribatları ilə bağlı mövqeyinin Gürcüstana çatdırılması deməkdir. Ola bilər ki, Gürcüstana bir daha ismarış göndərilib ki, əgər sabah bölgədə vəziyyət daha da kritik hal alarsa, o zaman strateji müttəfiqlik münasibətlərinə və ortaq geosiyasi – geoiqtisadi maraqlara uyğun olaraq Rusiya – Ermənistan arasında dəhliz rolunu oynamamaq vacibdir.

Bu məsələdə, Moskva və İrəvanın da Tiflisdən istəkləri var. Son iki ayda bir neçə dəfə Rusiya tərəfindən Ermənistana daşınan hərbi yüklərin Gürcüstan vasitəsilə keçirilməsi Moskva tərəfindən istənilsə də, Tiflis buna razılığını verməyib. Rusiya Dumasının MDB İşləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə komitəsinin sədr müavini Konstantin Zatulin də bu günlərdə bu məsələ ilə bağlı Gürcüstan hökumətinə eyham vurub. O bildirib ki, bir müddət əvvəl Gürcüstan Rusiya ilə müqavilə əsasında tranzitlə Ermənistana gedən hərbi texnika tədarükünü bloklayıb: “Ermənistanın bizimlə ümumi sərhədi yoxdur. Gürcüstan bunu gerçəkləşdirməyə imkan vermədi, əvəzində ABŞ Dövlət katibi Mayk Pompeodan təşəkkür aldı”.

Zaur Məmmədov qeyd edib ki, tərəflər arasında müzakirəsi vacib olan digər mövzu isə sərhədlərin demarkasiyası ilə bağlı vəziyyətdir:

“Hazırda Gürcüstanla sərhədin demarkasiyasının üçdə iki hissəsi başa çatıb, bəzi hissələrlə bağlı isə işçi qrupları tərəflərin baxış bucaqları üzərində iş davam edir. Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərdən birinin “yadına saldığı” Keşikçidağ məsələsinə toxunaraq maraqlı ifadə işlədib: “2006-2007-ci illərdə razılıq əldə etdiyimiz bəzi qərarları dəyişə bilərik”.

Ekspert bildirib ki, son dövrlər Azərbaycana artan xarici təzyiqlər fonunda Gürcüstanla münasibətlərdə bəzi məqamları sonraya saxlamalı, hakimiyyətdə olan siyasi elitalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində addımlar atmalıyıq: “Hər nə qədər İvanişvili və onun komandası bəzi məsələlərdə anti-Azərbaycan mövqeyi nümayiş etdirsələr də, Gürcüstanın dövlət maraqları var, hansılar kı, Azərbaycan və Türkiyənin yanında olmasını tələb edir”.
Teleqraf