Tiflisin tələbi: Avropa məhkəməsi Rusiyaya qarşı qərar verdibackend

Tiflisin tələbi: Avropa məhkəməsi Rusiyaya qarşı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Strasburq məhkəməsi 2008-ci il müharibəsi haqqında iş üzrə qərarı elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın 2008-ci ilin avqustunda müharibə zamanı Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə bağlı tələbini təmin edib.

“Bu pozuntuların Böyük Məhkəmə Palatası tərəfindən tanınması 2008-ci ilin avqust müharibəsi zamanı Rusiyanın gürcüləri etnik təmizləməyə məruz qoyduğunu təsdiq edir.

Bu tarixi qərar münaqişələrin həlli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün mühüm rıçaqdır”, – məlumatda bildirilib.
Axar.az