“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıbbackend

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən report-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “Tik-Tok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.