Tikilən kimi dağılan YOLLAR – İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?backend

Tikilən kimi dağılan YOLLAR – İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt yollarının ara-sıra çökməsinə rast gəlinir. Bir neçə gün öncə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb. Sakinlər isə sözügedən yolun yenicə asfaltlandığını deyiblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

İlk cümlədə qeyd etdiyimiz kimi, bu ilk yol çökməsi deyil. Təqribən 10 gün öncə də şəhərin mərkəzi küçələrinin birində yol çöküb. Hadisə Səbail rayonu Şeyx Şamil küçəsi İçərişəhər metro stansiyasının yaxınlığında baş verib.

NOCOMMENT.az xəbər verir ki, avtomobil idarə edənlər iyul ayında da oxşar hadisə ilə qarşılaşıblar. Belə ki, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki yolun bir hissəsi çöküb, nəqliyyatın hərəkəti çətinləşib.

Siyahını uzada bilərik…

Bəs yolların son vaxtlar və tez zamanda sıradan çıxmasına səbəb nədir? Keyfiyyətsiz tikinti materiallarıdır, yoxsa görülən işdəki yanlışlıqlar? Yol salınması və təmirində əsas meyarlar nədir?

Mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, yamaclarda yol salınarkən bütün normativlərə riayət etmək lazımdır:

“Sözügedən küçələr əsasən şəhərin yamaclarında Sovet dönəmində salınmış yollardır. Bu küçələrin ətrafında binalar inşa olunub, yeni kanalizasiya xətləri çəkilib, müxtəlif yol-yataq işləri görülüb. Bu da əlavə problem yaradır.

Nəqliyyat vasitələri istiqamət olaraq hansı ərazilərə gedirsə, o ərazidə ümumi torpaq yatağının möhkəmləndirilməsi, bəndləndirilməsi və əgər yamacdadırsa, sağında ən azından ağacların əkilməsi yol infrastrukturda nəzərə alınmalıdır. Yoxsa həmin yol infrastruktununun keyfiyyətindən söhbət gedə bilməz. Burada əsas mahiyyət ondan ibarətdir. Digər arqumentlər isə ikinci və üçüncü dərəcəli, üstünlüyə malik olmayan arqumentlərdir”.

Bizim.media