Rusiya Tikinti Nazirliyi xarici sərmayənin köməyi ilə mənzil və kommunal infrastrukturun modernləşdirilməsi üçün tələb olunan 4,5 trilyon rublun bir hissəsini cəlb etmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, xarici tərəfdaşlarla müqavilələrin hazırlanması 2025-ci ilin sonuna planlaşdırılır.
Agentlik xarici tərəfdaşlarla, o cümlədən Fransa, Slovakiya və Ekvador ilə əməkdaşlıq qurmaq məqsədilə BRİKS və BMT-Habitat çərçivəsində təşkil olunan sərgi və forumlarda iştirak etməyə hazırdır.
Tikinti Nazirliyi qeyd edib ki, xarici investisiyaların cəlb edilməsi əmək məhsuldarlığını artıracaq yeni texnologiyaların tətbiqinə kömək edəcək. İnvestisiyaların cəlb edilməsi prosesi hələ inkişaf mərhələsindədir, lakin 2025-ci ilin sonuna qədər tamamlanacaq.
İdarənin əsas vəzifəsi kommunal infrastrukturun müasirləşdirilməsidir. 2030-cu ilə qədər iki mindən çox su təchizatı və sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması, o cümlədən 20 milyon nəfərə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi planlaşdırılır.
Bu vəzifələri yerinə yetirmək və hər il bölgələrdə kommunal şəbəkələrin 2,5% -ni yeniləmək üçün müxtəlif mənbələrdən 4,5 trilyon rubl tələb olunacaq.