TikTok-da təhlükəli tendensiya – Ekspertlərdən XƏBƏRDARLIQbackend

TikTok-da təhlükəli tendensiya – Ekspertlərdən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə TikTok sosial şəbəkəsində valideynlərin uşaqlarının başında yumurta sındırdığı videoları yayımlanıb.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər bu cəfəngiyyatla bağlı çox mühüm xəbərdarlıqlar ediblər.

Sosial şəbəkələrdə #eggprank həştəqi ilə paylaşılan videolarda tez-tez valideynin mətbəxdə azyaşlı uşağının başına yumurta sındırdığı görünür.

Başlarında qırıq yumurta olan uşaqlar müxtəlif reaksiyalar göstərirlər. Uşaqlar tez-tez ağlayır, üzülür və təəccüblənirlər.

Valideynlər bunu əyləncə kimi görsələr də, uşaqların incidildiyini və alçaldıldığını başa düşmürlər.

NBC News-a danışan ekspertlər həmçinin xəbərdarlıq ediblər ki, bu zarafatlar uşaqların başında qançırlara səbəb ola bilər və ya yumurtalardan mikrobların yayılmasına səbəb ola bilər.

Çiy yumurtanın tərkibində salmonella ola biləcəyi ilə bağlı xəbərdarlıq edən həkimlər “Uşaqların alın nahiyəsinə salmonella sürtürsünüz” deyirlər.