“TikTok”da yeni funksiyabackend

“TikTok”da yeni funksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin sosial media platforması “TikTok” aylarla davam edən sınaqlardan sonra tətbiqdə onlayn alış-veriş təklif edən “TikTok Shop” funksiyasını ABŞ-da istifadəyə verib.

NOCOMMENT.az xəbər verir ki, “TikTok” tərəfindən edilən açıqlamada, 150 milyondan çox istifadəçisi olan ABŞ-da “TikTok Shop” funksiyasının mövcud olduğu bildirilib.

Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin isə canlı yayımlar və video məzmun vasitəsilə satış edə biləcəkləri bildirilib.

Qeyd olunub ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğulluq səviyyəsinə malik müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.