TikTok hansı ölkədə qadağan edilir?backend

TikTok hansı ölkədə qadağan edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması TikTok-un federal hökumət cihazlarında istifadəsini qadağan edən “Beş Göz” kimi tanınan elektron kəşfiyyat alyansının sonuncu üzvü oldu.

NOCOMMENT xəbər verir ki, bu qərar “Beş Göz” üzvləri olan ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiyanın qadağalarla bağlı oxşar addımlar atmasından sonra verilib.

Baş prokuror Mark Dreyfus verdiyi açıqlamada, kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında bu qadağanın “mümkün qədər tez” qüvvəyə minəcəyini bildirib.

Qərar ilk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanıb. Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə genişlənən UKUSA kimi tanınan “elektron kəşfiyyat” alyansı “Beş Göz” adlanır.