“TikTok” instaqramın analoqunu yaradırbackend

“TikTok” instaqramın analoqunu yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “TheSpAndroid” portalı məlumat yayıb.

Mənbəyə görə, TikTok versiyası 33.8.4 tətbiqetməsində yeni TikTok Foto xidmətindən bəhs olunur, loqotipi qısa videolar göndərmək üçün orijinal tətbiqetmə ilə eyni üslubda hazırlanır, lakin P hərfi şəklində.

Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir.

Yeni sosial şəbəkənin buraxılış tarixi də hələlik açıqlanmayıb.