TikTok” istifadəçilərinin NƏZƏRİNƏ!backend

TikTok” istifadəçilərinin NƏZƏRİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok istifadəçiləri yeni TikTok Notes tətbiqinin tezliklə istifadəyə verilməsi ilə bağlı bildirişlər almağa başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, TechCrunch portalının məlumatına görə, bu proqram istifadəçilərə öz TikTok hesablarında fotoları dərc etməyə və mövcud nəşrlərə baxmaq imkanı verəcək.

Sosial şəbəkələrdə görünən skrinşotlar göstərir ki, istifadəçilər istəsələr, yeni funksiyadan istifadə etməkdən imtina edə bilərlər.

TikTok nümayəndələri jurnalistlərə yeni xidmətin inkişafını təsdiqləsələr də, hələlik dəqiq işə salınma tarixi açıqlanmayıb.

“TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan qısa videoların yayımlanması üçün sosial şəbəkədir. Hər ay dünyada 1 milyarddan çox insan bu xidmətdən istifadə edir.