TikTok qadağan edildi? – SƏBƏB  backend

TikTok qadağan edildi? – SƏBƏB  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.

NOCOMMENT xəbər verir ki, Birliyin icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası, təhlükəsizlik səbəbiylə işçilərinə sosial media tətbiqi TikTokdan istifadəni qadağan edib.

Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Həmçinin Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə buna bənzər addımlar atacağı gözlənilir.

Çin texnologiya firmasına məxsus TikTok bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.

ABŞ-da da rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.