“TikTok”u qadağan edən ilk ABŞ ŞTATIbackend

“TikTok”u qadağan edən ilk ABŞ ŞTATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Montana ştatı məlumat təhlükəsizliyi səbəbindən Çin video paylaşma tətbiqi “TikTok”u qadağan edən ilk ştat oldu.

NOCOMMENT.az xəbər verir ki, Montana qubernatoru Qreq Qianforte Çinə kəşfiyyat məlumatı verməkdə ittiham olunan “TikTok” tətbiqini qadağan edən qanunu imzalayıb.

Beləliklə, Montana “TikTokÜa rəsmi qadağa qoyan ilk ABŞ ştatı oldu. Qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.

Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” qərarla bağlı rəsmi cəhdin olub-olmayacağı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, “TikTok” Çin hökuməti ilə məlumat paylaşdığına dair iddiaları dəfələrlə təkzib edib.

NOCOMMENT.AZ