“Time” jurnalı Zelenskini “İlin adamı” seçdi – FOTObackend

“Time” jurnalı Zelenskini “İlin adamı” seçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın nüfuzlu “Time” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.

NOCOMMENT.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.

Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bilib.

Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Ukrayna xalqını Saxarov mükafatına layiq görüb. Bundan əlavə, Zelenski Ukrayna xalqının cəsarətinə görə “Oxi” cəsarət mükafatına layiq görülüb.

Daha əvvəl “Financial Times” nəşri də Zelenskini “İlin adamı” seçmişdi.