Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıbbackend

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a onun vəkili Aqil Layıc məlumat verib.

Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. Onunla bağlı verilən 4 aylıq həbs qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.