Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaqbackend

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

NOCOMMENT xəbərt verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: “İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün Nizami Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.