Tofiq Yaqublunun həbsi etirazlara səbəb oldu – Azad edilməsi tələb olunurbackend

Tofiq Yaqublunun həbsi etirazlara səbəb oldu – Azad edilməsi tələb olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının funksioneri, Qarabağ qazisi Tofiq Yaqublunun yenidən həbs edilməsi böyük narazılığa səbəb olub.

NOCOMMENT.az BakuPost-a istinadən xəbər verir ki, onun azadlıqdan məhrum edilməsi siyasi sifariş hesab edilir.

Tofiq Yaqublunun azad edilməsi üçün sosial şəbəkələrdə həştəqlər yaradılıb və minlərlə adam onu paylaşıb. Siyasətçinin azad edilməsi üçün ziyalılar, siyasilər, sadə vətəndaşlar hökumətə çağırışlar edir.

Tofiq Yaqublu özü isə üzləşdiyi ədalətsizliyə etiraz olaraq aclığa başlayıb.

Qeyd edək ki, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, bundan əvvəl iki dəfə məhkum həyatı yaşayıb.

2019-cu ildə Milli Şuranın 19 oktyabrda Bakıda keçirilən etiraz nümayişində saxlanılıb və onun barəsində 30 gün inzibati həbs qərarı verilmişdi.

Bundan əvvəl 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.