“Tofiq Yaqublunun həyatını itirməsi onlar üçün ən arzuolunan ssenari idi”backend

“Tofiq Yaqublunun həyatını itirməsi onlar üçün ən arzuolunan ssenari idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tofiq Yaqublu ilə bağlı qərar bir daha Azərbaycan dövlətinin növbəti humanist addımının bariz nümunəsidir. Bir çox ziyalıların ölkə rəhbərliyinə müraciətinin, ictimai rəyin nəzərə alınması və bir insan həyatının xilas olunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində vətəndaş amilinin durduğunu göstərir”.

NOCOMMENT.az xəbər verir ki, bunu APA-ya açıqlamasında deputat Cavid Osmanov deyib. O bildirib ki, ancaq Tofiq Yaqublu üzərindən bəzi radikal qüvvələr şou düzəltməyə çalışırdılar:

“17 gün ərzində biz bir daha Azərbaycan xalqı, cəmiyyəti əmin oldu ki, bu şouda iştirak edənlər Tofiq Yaqublunun həyatına olan təhlükənin marağında deyillər. Hətta Tofiq Yaqublunun həyatını itirməsi onlar üçün ən arzuolunan ssenari idi. Bu gün 5-ci kolonun nümayəndələrini, xaricdə oturan və Azərbaycana, xalqımıza qarşı hər zaman şər-böhtan, söyüş kampaniyası aparanları, Milli Şuranın üzvlərini, Əli Kərimli, Cəmil Həsənli və bunlar kimi antimilli qüvvələri Tofiq Yaqublunun həyatı maraqlandırmırdı. Onlar birmənalı olaraq, T. Yaqublunu aclıq aksiyasını davam etdirməyə çağırırdılar. Əslində bu qüvvələr T. Yaqublu üzərindən qurulmuş ssenari, onların yaratdığı şou, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı edilən çağırışlar qəbuledilməzdir. Azərbaycanda hər bir məsələ qanun çərçivəsində həll olunur. Bugünkü qərar da bunu bir daha göstərdi. Bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan dövləti ilə heç kəs təhdid və şantaj yolu ilə danışa bilməz”.