Tofiq Yaqublunun vəziyyəti necədir? – RƏSMİbackend

Tofiq Yaqublunun vəziyyəti necədir? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tofiq Yaqublu 11 yanvar 2022-ci ildə saat 17:29-da Binəqədi Tibb Mərkəzinin Təcili yardım şöbəsinə qəbul olunub. Daxil olarkən şikayətləri baş ağrısı, baş gicəllənmə və halsızlıq olub. Hazırda vəziyyəti stabildir.

Bu barədə NOCOMMENT.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Obyektiv müayinədə arterial təzyiqi 135/80-ə, nəbzi 118, SPO2 98 % qeyd edilib. 12 yanvar 2023-cü il saat 11:20-də Binəqədi Tibb Mərkəzinin Təcili Yardım şöbəsindən daha ətraflı müayinə və müalicə üçün xəstəxananın Terapiya şöbəsinə köçürülüb.

T.Yaqubluya terapevt və nevropatoloqun birgə baxışı keçirilib, müvafiq müalicə təyin olunub. Xəstə təyin olunmuş bütün dərman vasitələrindən imtina edir. Hazırda vəziyyəti stabildir”, – məlumatda deyilir.