KoronaVirus İnformasiya Portalı
Tofiq Yaqubluya hökm sabah oxunacaqbackend

Tofiq Yaqubluya hökm sabah oxunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Müsavat Partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya hökm oxunacaq.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu gün Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə növbəti iclas keçirilib. Prosesdə müdafiə tərəfinin çıxışları dinlənilib. Sabah saat 11-də T.Yaqubluya hökm oxunacaq.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək T.Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

Qeyd edək ki, işə sədrlik edən hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.