Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdibackend

Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Ruhiyyə Əliyevanın müəllifi olduğu “Qaranlıqda həqiqət” verilişində keçmiş həmkarı Tofiq Zülfüqarovla bağlı suala cavabında dedikləri diqqət çəkib.

“Əgər adam mənim xoşuma gəlmirsə, mən onu nə danışdırır, nə də yada salıram. Adam söyüş söyür, tənqid edirsə, öz mədəniyyətini göstərir”, – deyə Elmar Məmmədyarov Tofiq Zülfüqarov haqqında bildirib.

NOCOMMENT.az xəbər verir ki, modern.az məsələ ilə əlaqədar eks-nazir Tofiq Zülfüqarovun mövqeyini öyrənməyə çalışıb.

T.Zülfüqarov bildirib ki, heç vaxt Elmar Məmmədyarovun ünvanına söyüş söyməyib:

“Mən bu mövzuya qayıtmaq istəmirəm. Onun barəsində fikirlərimi kifayət qədər açıq şəkildə demişəm. Doğrusu, mənim yadıma düşmür ki, nə vaxtsa ya mən onu söyüm, ya da o məni… Belə şey görməmişəm. Mən istəmirəm ki, bu suallara fikir verək. Kim nə deyir-desin, mənim üçün əhəmiyyət kəsb etmir”.