Togg zəlzələdən sağ çıxan qardaşların sünnət maşını oldubackend

Togg zəlzələdən sağ çıxan qardaşların sünnət maşını oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sivas Bələdiyyə Başçısı Hilmi Bilgin şəhərdəki KYK yataqxanasında qalan Malatyalı zəlzələdən sağ çıxan ailənin uşaqlarının sünnət mərasimi üçün Togg’u ayırdı. Qardaşlar bəzədilmiş Togg ilə şəhərin küçələrində yürüş etdilər.

NOCOMMENT xəbər verir ki, fevralın 6-da baş verən zəlzələlərin dağıntılara səbəb olduğu Malatyadan şəhərə gələrək Binəli Yıldırım Qızlar Yataqxanasında qalan Ziya-Yasemin Kılıç cütlüyünün uşaqları Mehmet Akif və Ahmet Egemen Kılıçdan rəsmi avtomobilini ayırmasını istəyib.

Sünnət ediləcək qardaşlar, Bilginin göstərişi ilə bəzədilmiş “Anadolu qırmızısı” Toggla qaldıqları yataqxananın önündən götürülərək şəhərin küçələrini dolaşıblar.

Zəlzələ qurbanlarının qardaşlarının sünnət mərasimi Karşıyaka rayonundakı şadlıq sarayında keçirilib.