backend

Tokayev: Biz doğru addım atmışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım Comert Tokayev bildirib ki, 19 mart parlament seçkilərinin nəticələri onun ölkəsinin çoxpartiyalı sistemə doğru atdığı addımın göstəricisidir.

NOCOMMENT xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev parlamentin aşağı palatasının 8-ci dövrünün açılış iclasında çıxış edib.

Ölkədə son bir ildə konstitusiya referendumu başda olmaqla hərtərəfli siyasi islahatlar həyata keçirdiklərini bildirən Tokayev vurğulayıb ki, Konstitusiya islahatı siyasi sistemin tamamilə yenilənməsinə gətirib çıxarıb. Vətəndaşların ölkə siyasətində iştirak imkanları xeyli genişləndirilib.

Tokayev sözügedən islahatları güclü prezident, effektiv parlament və hesabatlı hökumət əsasında həyata keçirdiklərini bildirib.