Tokayev bu gün Bakıya gəlirbackend

Tokayev bu gün Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.

NOCOMMENT xəbər verir ki, səfər zamanı hər iki ölkə liderinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığına aid məsələlərin müzakirəsi daxildir.

Danışıqlardan sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Tokayev avqustun 19-da Soçiyə işgüzar səfər edib. O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.