Tokayev Ərdoğana ZƏNG ETDİbackend

Tokayev Ərdoğana ZƏNG ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə görə Ərdoğana başsağlığı verib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 1541 nəfər həyatını itirib, 9733 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 3471 bina dağılıb.
Modern