Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ətrafında gedən münaqişənin nizamlanmasında mühüm rol oynadığını qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Kasım-Jomart Tokayev Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin həllində xüsusi rolunu vurğulayıb,” – deyə rəsmi açıqlamada bildirilir.
Qazaxıstan lideri əlavə edib ki, Qazaxıstan Respublikası bütün dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipinə sadiq qalır və Türkiyə ilə beynəlxalq səviyyədə əməkdaşlığı davam etdirməyə hazırdır.