Tokio-2020: “Adzuma” stadionunda ayı peyda oldubackend

Tokio-2020: “Adzuma” stadionunda ayı peyda oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio-2020 Yay Olimpiya Oyunlarında kuryoz hadisə yaşanıb.

NOCOMMENT.az-ın məlumatına görə, beysbol və softbol oyunlarını qəbul edəcək Fukusimadakı “Adzuma” stadionunda ayı peyda olub.

Çağırılmamış qonağı arenada görən mühafizəçisi dərhal polisi məlumatlandırıb. Eyni hadisə ardıcıl iki gün təkrarlanıb. Lakin boyu 1 metrdən yuxarı olan ayı hələ də tapılmayıb.

Qeyd edək ki, softbol yarışları Yaponiyanın Avstraliya üzərində 8:1 hesablı qələbəsi ilə başlayıb. Ardınca ABŞ İtaliyanı 2:0 hesabı ilə üstələyib./Apasport.az