Tokio-2020: Azərbaycanın paralimpiya komandasının bayraqdarı müəyyənləşibbackend

Tokio-2020: Azərbaycanın paralimpiya komandasının bayraqdarı müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın 30 təmsilçisi iştirak edəcək.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mətbuat konfransında bildirib.

O bildirib ki, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev bayraqdar olacaq. Açılış mərasiminə isə ümumilikdə 30 nəfər qatılacaq.

Rəhimov Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışındakı kimi, qadın bayraqdarın da iştirakı tələbinin paralimpiadaya şamil olunmayacağını əlavə edib: “Beynəlxalq Paralimpiya Komitəsindən öncə bildirdilər ki, belə qayda olacaq. Sonra isə bunun üstündə dayanmadılar. Hər ölkəyə seçim hüququ verildi. Biz də qərara aldıq ki, yeganə bayraqdarımız İlham Zəkiyev olsun”.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.