Tokio-2020: Güləşçilərimiz üçün bürünc medal şansıbackend

Tokio-2020: Güləşçilərimiz üçün bürünc medal şansı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın güləşçisi Elis Manolova Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

NOCOMMENT xəbər verir ki, onun 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudov yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanıb. Buna görə də Rafiq Hüseynov təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.

68 kq çəki dərəcəsində çıxış edən Elis Manolovanın 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib. Bu səbəbdən, Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb. O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir

Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.