Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı sonuncu döyüşündə türkiyəli Meltem Akyol Hocaoğlu ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Zaretska yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Azərbaycan təmsilçisi qrupda yaponiyalı Ayumi Uekusanı və italiyalı Silviya Semeraronu da məğlubiyyətə uğradıb. Karateçi yalnız qazaxıstanlı Sofya Berultseva ilə bacarmayıb.
O, A qrupunu ilk pillədə başa vurub.