Tokio olimpiadasının yeni tarixi məlum oldubackend

Tokio olimpiadasının yeni tarixi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə baş tutacaq.

NOCOMMENT.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.

Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək.

2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş “NBC Universal” üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.

Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçirilməli idi.