Tokio Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən milyardlarla gəliri Kiyevə ayıracaqbackend

Tokio Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən milyardlarla gəliri Kiyevə ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən istifadə etməklə Kiyevə təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Hazırda Tokioda bu planın həyata keçirilməsi mexanizmləri hazırlanır.  İlin sonuna qədər plan baş tuta bilər.

Yaponiyanın Ukraynaya köçürmək niyyətində olduğu vəsait Kiyev tərəfindən hərbi məqsədlər üçün istifadə edilməyəcək. Onlardan Ukrayna infrastrukturunun bərpası üçün istifadə olunacaq.