Tolik də Xəzər TV-dən getdi?backend

Tolik də Xəzər TV-dən getdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Tarix Əliyevin Xəzər televiziyasından ayrılması haqqında xəbər yayılıb.

NOCOMMENT xəbər verir ki, Tarix Əliyev teleqraf-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib: “Xəzər televiziyasının rəsmi işçisiyəm və maaş alıram. İşə də gedib, gəlirəm. Mən eyni zamanda prodüser kimi də fəaliyyət göstərirəm.

İşdən çıxsam, Xəzər televiziyası tərəfindən açıqlama verilər. Necə ki, telekanal tərəfindən Xoşqədəm Hidayətqızı haqqında rəsmi açıqlama verildi. Murad Dadaşov elə bir layihə düşünür ki, mənə uyğun olsun”.

Qeyd edək ki, Tarix Əliyev Xəzər televeziyasında “Hər şey daxil”, Dalğa TV-də isə “Günə bir şou” verilişlərinin aparıcısı olub.